“Sərhəddə vəziyyət narahatverici olaraq qalmağa davam edir” – Seperatçılar təşvişdə

“Sərhəddə vəziyyət narahatverici olaraq qalmağa davam edir” – Seperatçılar təşvişdə

“Sərhəddə vəziyyət narahatverici olaraq qalmağa davam edir. Əsas problem qalmağa davam edir”. Ordu.az xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı qondarma qurumun “rəhbərinin keçmiş müşaviri” Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb:
O qeyd edib ki, əsas təhlükə isə Azərbaycanın çoxdankı lokal döyüşləri genişmiqyaslı əməliyyatlara çevirmək niyyətidir.
Ermənistanın “Milli gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan isə öz "Facebook" səhifəsində yazıb ki, müharibə hələ dayanmayıb.
“Dünən Tavuş sərhədində baş vermiş döyüş əməliyyatları xatırlatdı ki, nəinki müharibə dayanmayıb, həmçinin rəqib döyüş əməliyyatlarını yenidən başlatmaq və onları bizim ərazimizə köçürmək üçün fürsət axtarır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az