“Onlar bu qədər silaha, silahlanmalara sahibdirlər, onlarda hər şey gücləndirilib. Onlar bunu həmişə edirlər, birbaşa şəkildə, əvvəl avtomatdan, sonra pulemyotdan atəş açırdılar, indi artıq minaatandan atəş açırlar”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, general-mayor Arkadi Ter-Tadevosyan deyib.
O qeyd edib ki, azərbaycanlılar hərbi əməliyyatlara başlamalı olduqlarını həmişə deyirlər.
“Yəni, Azərbaycan getdikcə təzyiqi gücləndirir. KTMT isə susacaq. Çünki Azərbaycan onların dostudur”, - deyə Ter-Tadevosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az
Mənbə: ordu.az