Putin iclasda qələmi niyə masanın üstünə tulladı? – Bu, mediada böyük rezonans doğurdu

Putin iclasda qələmi niyə masanın üstünə tulladı? – Bu, mediada böyük rezonans doğurdu

Rusiya Prezidenti Vladimir Putin bu gün Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasını keçirib.

KONKRET.az xəbər verir ki, Kremlin sahibi qarşıdakı vəzifələr haqqında danışanda jurnalistlər yenidən onun qələmlə oynadığını görüblər.

Dövlət başçısının masaya atdığı qələmlə bağlı hadisə mayın 26-da daşqın və yanğına qarşı mübarizə iclasında baş verib.

Putin bölgələrdəki vəziyyət barədə danışanda özünü saxlaya bilməyib və əlində saxladığı qələmi masaya tullayıb. Bu epizod daha sonra xəbər məkanlarında böyük rezonans doğurub.

Bu dəfə isə Putin əvvəlcə qələmi əlində saxlayıb, sonra onu masanın üstündə açıb.

Xatırladaq ki, bugünkü iclasda dövlət başçısı mənzil probleminin həll olunmasının vacibliyindən danışıb.

Prezident Administrasiyasına 2030-cu ilə qədər milli hədəfləri müəyyənləşdirən sərəncam layihəsinin hazırlanmasını tapşırıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az