"Azərbaycan qlobal problemin həllinə kömək etmək üçün öz təşəbbüslərindən geri qalmır" Sevda Abdullayeva

"Azərbaycan qlobal problemin həllinə kömək etmək üçün öz təşəbbüslərindən geri qalmır"  Sevda Abdullayeva

“Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə yaxınlaşmaq, beynəlxalq təşkilatlarla əlaqələr qurmaq istiqamətində inamlı addımlar atmaqla yanaşı, fərqli sivilizasiyalar, mədəniyyətlər, dinlər arasında anlaşma, birlik, həmrəylik yaradılması naminə nümunəvi fəaliyyət ortaya qoyur. Ölkəmiz istər pandemiyadan öncə, istərsə də hazırda koronavirus infeksiyasının tüğyan etdiyi dövrdə dünyada yaranan qlobal problemin həllinə kömək etmək üçün öz təşəbbüslərindən geri qalmır. Dünyanın bir parçası olan Azərbaycan pandemiya ilə mübarizə prosesinə töhfə verməkdən çəkinmir, əksinə dünya ölkələrini həmrəyliyə dəvət edir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az-a açıqlamasında YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, daha sonra mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında keçirilən Zirvə Görüşlərinin nəticələri də sübut etdi ki, Azərbaycanın koronovirusla mübarizədə dünyanı bir araya gətirmək təşəbbüsləri konkret nəticə verir.

Şura sədri söyləyib ki, bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezidentimiz İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi: “Məhz bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirərək pandemiya ilə qlobal mübarizə üzrə BMT-nin xüsusi sessiyasının keçirilməsinə təklifini qəbul ediblər. Bu günlərdə Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan telefon söhbətində də bu təşəbbüsün əhəmiyyəti vurğulanıb. Bu, çox mühüm və diqqəti cəlb edən məqamdır”.

S.Abdullayeva qeyd edib ki, koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdid edir: “Bu baxımdan dünyanı bürüyən “COVID-19” virusundan çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac var. Belə bir məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ölkəmizin beynəlxalq sülhə, rifaha və inkişafa real töhfələr vermək gücündə olduğunu növbəti dəfə sübut etdi. İnanıram ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək”.

O əlavə edib ki, dünyanı hansısa bir fikrin ətrafında birləşdirməyin çətin olduğu bir dövrdə respublikamızın digər ölkələrə maddi və mənəvi dəstək göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına və 30-dan artıq ölkəyə yardım etməsi də yeni bir nümunədir: “Artıq bütün dünya ölkəmizin təcrübəsini, nümunəsini öyrənməyə çalışır”.

Mənbə: sia.az