Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"

Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

Mənbə: apa.az