Lukaşenko: “Bal yeyin, koronavirusdan sağalın”

Lukaşenko: “Bal yeyin, koronavirusdan sağalın”

Belarus Prezidenti Aleksandr Lukaşenko insanların balın köməyi ilə koronavirusdan müalicə olunacağını iddia edir.

KONKRET.az xəbər verir ki, bu barədə o, Moqilyov bölgəsindəki “Mavi Krinitsa” istirahət mərkəzinə səfəri zamanı məlumat verib.

Dövlət başçısı yerli arıçılara özünün də arı saxladığını etiraf edib.

“Koronavirus pandemiyasından müalicə üçün bura gəlməlisiniz. Bal yedim, suya girdim və sağaldım”. Belarus lideri deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az