Azərbaycanlı həkimdən Gürcüstanda koronavirusun az yayılması barədə Şok AÇIQLAMA: "Müvəqqəti dayandırılmış bombadır"

Azərbaycanlı həkimdən Gürcüstanda koronavirusun az yayılması barədə Şok AÇIQLAMA: "Müvəqqəti dayandırılmış bombadır"

Azərbaycan Tibb Universitetinin dosenti, cərah Elmar Şərifov sosial hesbında Gürcüstanda koronavirusun az yayılması barədə açıqlama verib. Belə ki, həkim Gürcüstanda koronavirusun niyə az yayılması ilə bağlı çoxsaylı suallara şok şəkildə izah verib:

"Ölkədə heç koronavirus olmamağındansa, onu yavaş tempdə keçirmək daha əlverişlidir. Gürcüstanı çox da misal çəkməyin. Hələ sonrasını gözləyin. Bu immunitet necə olsa da yaranmalıdı axı. Xəstələnə xəstələnə. Peyvəndə, dərmana ümid etmək olmaz. Bu gün Gürcüstan saatı müvəqqəti dayandırılmış bombaya çevrilib".

Qeyd edək ki, Gürcüstanda son ayda sutkada 3 və daha aşağı sayda insanın koronavirusa yeni yoluxma halı təsdiqlənir.

Şəlalə Babayeva
 

Mənbə: sonxeber.az