İranda deputat koronavirusdan vəfat etdi

İranda deputat koronavirusdan vəfat etdi

İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan vəfat edib. Azvision.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Cəfəri bu ilin fevral ayında keçirilən 11-ci çağrış seçkilərində mandat qazanıb. O, may ayının sonundan deputat kimi səlahiyyətlərinin icrasına başlamışdı. Planlaşdırma və büdcə komitəsinin üzvü idi. Daha əvvəl səkkizinci çağırışda (2008-2012) parlamentin deputatı olub.

Pərvanə Sultanova
Azvision.az
 

Mənbə: azvision.az