“İlham Əliyev bütün dünyaya diplomatik qabiliyyətini nümayiş etdirib“

“İlham Əliyev bütün dünyaya diplomatik qabiliyyətini nümayiş etdirib“

"Koronavirus - COVİD-19” adlı bu bəladan dünyanın bütün dövlətləri həm maddi, həm də, mənəvi böyük xəsarətlər almaqdadır. Dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətlərinin hamsı bu virusun qarşısında tam mənasında duruş gətirə bilməmişdir. Baş verən son hadisələr bir daha göstərdi ki, dünyanı təhdid edən təhlükələr əslində ortaqdır və biz onlarla birgə mübarizə aparmalıyıq". Bu fikirləri "Səs" qəzetinə aciqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Kürsüm Həsənova deyib.

Onun sözlərinə görə, dünyada baş verən hadisələr göstərdi ki, heç də bütün dünya əhalisi və dövlətləri böhranı düzgün idarə edə bilməmişdir. Ölkəmizin böhranla mübarizədə nəticələri isə deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti və dövlət başçı əl-ələ verərək böyük fədakarlıqlarla, anlayış, hörmət, güvən, sevgi çərçivəsində çox mükəmməl və peşakarlıqla vəziyyəti idarə edə bilmişdirlər: "Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında, xalqla bir başa görüşlərində Azərbaycanda aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını ifadə etmişdir. Virusla bağlı böhran ortaya çıxanda biz bunun canlı şahidləri olduq. Bu da öz növbəsində Azərbaycanla müqayisə oluna biləcək dövlətlərin ayırdığı vəsaitlərdən dəfələrlə böyük bir rəqəmdir.

Ötən ayların ayrı-ayrı dövlətlərin başçılarının xahişləri ilə cənab İlham Əliyev mövcud vəziyyətlə əlaqədar çoxsaylı ikili videokonfrans formatında görüşlər keçirmiş, dünya dövlətlərini ortaq düşmənlə mübarizədə vahidlik, birlik nümayiş etdirməyə çağırmışdı. Türk Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü həm zirvə görüşündə iştirak edən dövlət və hökümət başçılarının sayı və həm də siyasi çəkisi baxımından xüsusi əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən təklif olunmuş və təklif yüksək qiymətləndirilərək qəbul edilmişdir.

Bu gün Ulu Öndərin siyasi xəttinin ən layiqli davamcısı İlham Əliyev bütün dünyaya öz diplomatik qabiliyyətini nümayiş etdirib, 130 çox ölkəni öz ətrafında birləşdirə bilmişdir. Mən şəxsən bir vətəndaş kimi qürur hissi duyuram. İlham Əliyev diplomatik ustalıgı sayəsində Azərbaycan adi təklif, dəvət gözləyən ölkədən təklif və təşəbbüs verən və təklifləri qəbul olunan və təşəbbüsləri dəstəklənən bir ölkəyə çevirilmişdir.

Hər birimiz üçün çox qürurverici haldır ki, bu gün hamımıza məlumdur BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının gündəliyi məlum olmuşdur. Bu da o deməkdir ki, Cənab Prezidentin möhtəbər təşəbbüsünün həyata keçməsi üçün artıq real addımlar atılmaqdadır. Cənab İlham Əliyevin insanları inandırma, razı salma və öz qərarlarını diktə etmə qabiliyyəti Azərbaycanın gələcək uğurlarına açılan qapıların açarıdır".

"Cənab Prezidentin qətiyyəti sayəsində üçrəngli bayraĝımız işğal olunmuş torpaqlarımızda azadlıq timsalı kimi dalğalanacaq və biz şəhid ailələrinin ən ümdə arzusu həyata keçəcək!"

Şövkət Xanməmmədova, YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının üzvü, şəhid ailəsi:

- Bu gün bütün dünya ölkələri böyük bir gərginliyin qarşısında müəyyən qədər çətin, müəyyən qədər əzablı bir durumla qarşı - qarşıya dayanaraq bu vəziyyətdən çıxış yolu axtarır, onu dəf etməyə, bütün ölkələrdə yayılmış bu virusun yoxluĝunu təmin etməyə çalışır. Deyirlər güc birlikdədir və buna əməl edərək bir çox ölkələr apardıĝı siyasəti bəyan etməklə, başqa ölkələrə də işıq yolu açmaĝa çalışırlar. Bu mənada Azərbaycan növbəti dəfə dünyaya nümunə timsalında özünü təqdim edə bildi. Ölkə başçısının həmrəylik və birlik çağırışı eyni zamanda insan amilnə verilən dəyərin bariz nümunəsi, ölkəmizin humanizim siyasətinin əsasıdır. Pandimiyanın ilk günlərindən ölkə rəhbəri Cənab İlham Əliyevin çevik qərarları və tapşırıqlarıya bu bəlanın ilkin mərhələsindən müsbət nəticələr əldə etdik, lakin bəzi insanların laqeyd münasibəti və qaydalara riayyət etməməsi sonrakı mərhələrdə bizləri məyyus etdi. Demək hər bir vətandaş bu dönəmdə həmrəylik nümayiş etdirib, eyni fikri bölüşməli və dövlət siyasətinə dəstək olmalıdır. Bu ağır dönəmdə Cənab Prezident bütün dövlət rəhbərlərini gözə görünməz düşmənlə mübarizədə səfərbər olmağa çağırış etdi. Məhz buna görə də Cənab Ilham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi beynəlxalq birlik tərəfindən çox yüksək dəyərləndirildi. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın “İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır” fikirləri bir daha xalqı həmrəyliyə səslədi. Bu günə qedər aparılan 30-dan çox ölkəyə müxtəlif səpkidə köməyini əsirgəməyən Azərbaycan yenə də kömək əlini uzatmaĝa hazır olduğunu bəyan etdi. Ermənistandan fərqli olaraq Azərbaycan bütün dünya üçün sülhün və ədalətin tərafdarı kimi çıxş edərək insanlığın xilası missiyasını üzərinə götürdü. Məhz buna görə də bu gün dünya birliyi özü Azərbaycanla əməkdaşlıĝa böyük həvəs göstərir. Bu Azərbaycanımızın yeni bir uĝur səhifəsidir. Ölkəmiz inkişaf etdikcə onunla əməkdaşlıq can atan ölkələrin sayı da artmaqdadır. Bu bizim ölkəmizin qürurverici səhifəsidir, bizim sevimli Prezidentimizin təşəbbüsünün bir damlasıdır. Biz Azərbaycanımızla və Prezidentimiz Ilham Əliyevin apardıĝı böyük siyasətinə görə bir azad ölkənin vətəndaşı kimi qürur duyur və fəxr edirik. İnşallah tezliklə Cənab Prezidentin qətiyyəti sayəsində üçrəngli bayraĝımız işğal olunmuş torpaqlarımızda azadlıq timsalı kimi dalğalanacaq və biz şəhid ailələrinin ən ümdə arzusu həyata keçəcək! Allah dünyamızı hifz eləsin!

Zümrüd BAYRAMOVA

Mənbə: sia.az