Polşanın hazırkı prezidenti Andrej Duda seçkilərdə qalib gəldi

Polşanın hazırkı prezidenti Andrej Duda seçkilərdə qalib gəldi. Bazar günü keçirilən seçkilərdə Duda 51,2 faiz səs toplayıb. Dudanın qələbəsi bazar ertəsi səhər tezdən elan edilib.

Sağçı Duda və lideral Varşava meri rafal Trzaskovskinin hər ikisi səsələrin 50 faizinə qədərini əldə edib. Lakin Duda cüzi fərqlə qələbə qazanıb.

Prezident isə qələbəsini bazar günü gecə Pultuskdakı mitinqdə elan edib. "Mənə səs verən bütün polşalılara təşəkkür edirəm. Sizə ürəkdən təşəkkür edirəm" - deyə, o bildirib.

Dudanın millətçi Qanun və Ədalət Partiyası parlamentidəki çoxluğunu saxlamağa və Avropa İttifaqının bir sıra ölkələrinin anti-demokratik kimi tənqid etdiyi mühafizəkar sosial, ədliyyə və mühacirət siyasətini həyata keçirməyə davam edə biləcəyinə ümid edir.

Buraya Dudanın məktəblərdə homoseksual hüquqlarının tədrisini qadağan etməsinə dair vədi də daxildir. O, homoseksuallığın kommunizmdən pis olduğunu deyib.

Vətəndaş Platforması Partiyasından olan Trzaskovski hakim partiyanın populyar rifah proqramlarını qoruyacağına dair vədlər versə də, konstitusiyaya zidd olan qanunvericiliklərə qadağa qoyacağını demişdi. O, Avropa Birliyi ilə də münasibətləri bərpa etmək istəyirdi.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə beynəlxalq və yerli baxışlar

SONRAKI XƏBƏR

Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı