Tramp prezident kimi 20 mindən çox yalan danışıb - MEDİA

Tramp prezident kimi 20 mindən çox yalan danışıb - MEDİA

Medianın təxminlərinə görə, 10 min yalan ifadəsinin sərhədini Tramp 2019-cu ilin aprelində aşıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Washington Post” nəşri yayıb.

Mənbə bildirir ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra 2017-ci ilin yanvarından iyulun 9-dək faktlara zidd olan 20 055 açıqlama verib.

“Washington Post” yazır ki, həqiqətə uyğun olmayan açıqlamalar müxtəlif daxili və beynəlxalq mövzularda, o cümlədən impiçment prosesi zamanı, koronavirus pandemiyası və afroamerikalı Corc Floydun ölümü ilə bağlı olub.

Çox vaxt ABŞ prezidenti gerçəkliyi təhrif edərək Amerika iqtisadiyyatının hazırkı vəziyyətinin ölkənin tarixində ən yaxşı olduğunu söyləyib.

Bundan əlavə, Tramp mütəmadi olaraq Meksika ilə sərhədə divar tikmək və Amerika tarixindəki ən böyük vergi endirimləri barədə danışıb. Bütün bunlar da həqiqətə uyğun deyil.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az