Stoltenberq: NATO Çinin artan rolu fonunda “daha qlobal” ittifaqa çevrilməlidir

NATO, Çinin dünyada artan rolu fonunda Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya kimi tərəfdaşlarla daha fəal işləməlidir.

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu təşkilatın baş katibi Yens Stoltenberq "Redaktionsnetzwerk Deutschland" nəşrinə müsahibəsində açıqlayıb.

"NATO-nun Çinlə bağlı mövqeyinə gəldikdə deyə bilərik ki, hərbi mövcudluq və siyasi təşəbbüsləri bir-birindən fərqləndirmək lazımdır. Mən yeni, "ağıllı" dünya miqyasında siyasi yanaşmadan yanayam - qlobal NATO tərəfdarıyam. Qlobal güc balansı dəyişir və texnoloji üstünlüyümüzü qorumalıyıq", Stoltenberq deyib.

Onun sözlərinə görə, Çin indi, xüsusən də süni intellekt sahəsində lider olmaq yolunda irəliləyir.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

İctimai Liderlər Platforması Ermənistanın təxribatı ilə bağlı bəyanat yaydı

SONRAKI XƏBƏR

Deputat: “Azərbaycanın ədalətli mövqeyi Ermənistanı narahat edir”