Çin Amerika tərəfinə qarşı sanksiyalarla cavab verib

Çin Amerika tərəfinə qarşı sanksiyalarla cavab verib

ABŞ-ın 4 keçmiş və fəaliyyətdə olan Çin məmuruna qarşı viza və maliyyə məhdudiyyətləri tətbiq etməsinə cavab olaraq, Çin, öz növbəsində, 4 amerikalı qanunvericiyə qarşı sanksiyalar tətbiq edib.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən brifinqdə Çin Xarici işlər nazirliyinin rəsmisi Xua Çunyin məlumat verib.

“Amerika tərəfinin addımları Çinin daxili işlərinə kobud müdaxilədir, onlar, beynəlxalq münasibətlərin əsas prinsiplərinin kobud şəkildə pozaraq ABŞ-Çin münasibətlırinə ciddi xələl gətirirlər”, - deyə Xua Çunyin bildirib.

Mənbə: www.interaztv.com