Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdən yazıb.

Pravda.az-ın xəbərinə görə, M.Mənsimovun sosial şəbəkədəki hesabında qeyd olunub:

“Üzücü xəbər aldım. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycanın 4 hərbçisi şəhid olub, 4-ü də yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralılara da Allahdan şəfa diləyirəm. Şəhidlərimizin məkanı cənnətdir. Vətən üçün yaşayıb, vətən üçün öldünüz. Siz qəlblərə həkk olunsunuz. Tanrı Azərbaycan Ordusunu müzəffər etsin!”

Mənbə: pravda.az