“Nikol Paşinyan iclasda boşboğazlıq etdi” – Aşotyan

“Nikol Paşinyan iclasda boşboğazlıq etdi” – Aşotyan

“Hökumətin bugünkü iclasında Nikol Paşinyanın oxuduğu mətn başqa idi, sonra dediyi başqadır. Görünür, XİN və MN oturub mətn yazmışdılar ki, birdən hər hansı bir şey barədə boşboğazlıq etməsin. Normal oxudu, lakin növbə sərbəst danışığa, öz düşüncələrini ifadə etməyə çatanda boşboğazlıq etdi”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Müdafiə naziri Davit Tonoyana belə bir sual verib: “Ola bilərmi ki, UAZ-ı geri aparmaq istəyirdilər və buna görə də aqressiv əməliyyatlar başlayıb?”

Erməni ictimai xadim Mher Mkrtçyan öz “Facebook” səhifəsində Paşinyanın açıqlamasına toxunaraq qeyd edib ki, Tonoyan polkovnik olana qədər min məktəb keçib, lakin bu “Müharibə strategiyası” dərsindən xəbərdar deyil.

Erməni hüquq müdafiəçisi Arsen Babayan da öz “Facebook” səhifəsində Ermənistan hökumətinin iclasına toxunub.

“Paşinyan bildirdi ki, guya fövqəladə vəziyyət pandemiyanın qarşısının alınması üçün tədbirlər görülməsi mümkün olan yeganə vasitədir. Bu, açıq bir yalandır. Bu cür anti-konstitusion addımlar ictimaiyyətin narazılıq ölçülərinin hədsiz dərəcədə böyüməsinə səbəb olacaq, bunun qarşısını almaq qeyri-mümkün olacaq. Ağlınızı başınıza toplayın”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az