Tovuzda son vəziyyət: Ermənilər kəndi D-30 topundan atəşə tutdu (RƏSMİ)

Tovuzda son vəziyyət: Ermənilər kəndi D-30 topundan atəşə tutdu (RƏSMİ)

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Mənbə: apa.az