“Paşinyan üç cəbhədə savaş apara bilməyəcək” ÖZƏL-MÜNASİBƏT

“Paşinyan üç cəbhədə savaş apara bilməyəcək” ÖZƏL-MÜNASİBƏT

Hazırda Ermənistanda çox ağır vəziyyət hökm sürür. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, inqlab yolu ilə faktiki olaraq hakimiyyətə gələn bir şəxs iki, hətta üç cəbhədə savaşmaq məcburiyyətindədir.

“Birinci cəbhə pandemiyadır, hansı ki, Ermənistanda tüğyan edir. Ermənistan kimi kiçik dövlət, kasıb və sosial gərginliyi artan bir dövlətdə pandemiya ilə mübarizə çox ağırdır. Ölü sayısı da artıq, heç yerdən də kömək ala bilinmirlər. Bu məsələləri Paşinyan necə həll edəcəyini özü də bilmir. Hətta bir dəfə etiraf etmişdi ki, Ermənistanda qeyri-rəsmi 200 min yoluxan var ki, bu da 2 milyon əhalisi olan ölkə üçün fəlakətli rəqəmdir.
İkinci cəbhə isə ona qarşı güclənən müxalifətdir. Köçəryan da həbsdən çıxıb. Qarabağ klanı da güclənib. Rusiyadan da müəyyən dəstəklər var, bu cəbhədə də mübarizə aparmaq məcburiyyəti var və Paşinyan ağılsız kimi özünə hələ üçüncü cəbhə də yaradır. O da Azərbaycana qarşı etdiyi son təxribat, sərhəddə yaratdığı insidentdir ki, Azərbaycan ordusu əks həmlə ilə layiqincə düşmənə cavab verdi və 2016-cı ilin aprelində olduğu kimi Ermənistan böyük itkilərlə geri çəkildi. Hələ ki, o itkiləri gizlədirlər. Niyə gizlədirlər? Çünki, Paşinyan bilir ki, itkilər haqqında rəsmi məlumat verilsə, onun vəziyyəti daha da ağırlaşacaq. Məhz 2016-cı ilin aprel savaşında düçar olduğu uğursuzluq və itkilərə görə Serj Sarkisyan özü də hakimiyyətini itirməli oldu və Paşinyan da onun taleyini yaşamaq istəmir. Amma bu rəqəmləri onsuz da açıqlayacaqlar. Üçüncü cəbhəni də Azərbaycana qarşı təxribatlar şəklində aparıb və hər üç cəbhədə ona savaş aparmaq mümkün olmayacaq, çətin olacaq və itkilər barədə məlumat açıqlandıqca öz durumunu daha da ağır vəziyyətə sürükləyəcək”, deyə Elxan Şahinoğlu bildirib.

Mənbə: sia.az