Təxribatçı tərəf Ermənistandır və buna görə cavab verməlidir - ŞƏRH

Təxribatçı tərəf Ermənistandır və buna görə cavab verməlidir - ŞƏRH

“Ermənilərin tarixi saxtakarlıq, yalan, şər və böhtan üzərində qurulub. Bunlar keçən əsrin əvvəllərində, Birinci Dünya müharibəsi dövründə türkləri öz ərazilərində kütləvi qırdılar, axırda bütün dünyaya bəyan etdilər ki, türklər erməni soyqırımı törədiblər. Soyqırımını əslində ermənilər müsəlmanlara qarşı törətmişdi. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdilər və bütün dünyaya yaydılar ki, o göstərilən cəsədlər hamısı bizimdir və azərbaycanlılar törədib. Bunlar bu cür davam etməklə 2016-cı il Aprel döyüşlərində bütün dünyaya yaydılar ki, Azərbaycan Ordusu bizə qarşı hücuma başlayıb. İlkin təxribatı törədən ermənilər olub, cavablarını da alıblar”.

Bu sözləri Publika.az-a danışan deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilərin Tovuz istiqamətində Ordumuza qarşı törətdiyi təxribatın cavabı layiqincə verilib:

“Onlar artilleriya ilə hücum edərək mövqelərimizi ələ keçirməyə cəhd etdilər. Azərbaycan Ordusu onların layiqli cavablarını verdi, məhv etdi. Ermənistan həm canlı qüvvə baxımından çox sayda itki verib, həm də hərbi texnika, silah-sursat və dayaq məntəqələri məhv edilib. Böhtan atmaq ermənilərin taleyidir. Onların adı üstlərindədir. Prezident İlham Əliyev sərhəddə baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında geniş məlumat verdi və Xarici İşlər Nazirliyi, digər aidiyyəti qurumlarımız həmsədr dövlətlərə bu barədə məlumat verib. Fakt ondan ibarətdir ki, təxribatçı və işğalçı tərəf Ermənistandır. Ölkəmiz öz ərazilərini işğaldan azad edəcək. Şəhidlərimizə Allahdan rəhmət, yaralanan hərbçilərimizə şəfa diləyirəm, şəhidlərimizin ailələrinə başsağlığı verirəm”.

E.Məmmədov qeyd edib ki, müəyyən sosial şəbəkələrdə erməni qruplaşmaları var ki, onlar azərbaycan, rus və erməni dillərində dezinformasiya yayırlar. Deputat bununla bağlı Azərbaycan ictimaiyyətinə çağırış edib: “Azərbaycan xalqına səslənirəm ki, yalan informasiyalara aldanmayın. Bizim şəhidlərimizin də, yaralılarımızın da sayı məlumdur və Müdafiə Nazirliyi tərəfindən rəsmi açıqlama verilib. Ancaq onlar tərəfdən rəsmi açıqlama olmasa da, erməni sosial mediasında ictimaiyyət tərəfindən yazılar paylaşılır və Ermənistanın rəsmi mənbələri ölü sayını 30-dan çox göstərir. Hələ bəlkə də ondan da çoxdur. Aprel döyüşlərində də ölü sayını gizlətmişdilər. Sonradan sayları məlum oldu. Hesab edirəm ki, Azərbaycan Ordusu bu dağıdıcı, məhvedici zərbələri vurmağa davam etməlidir. Xüsusilə də arzu edirəm ki, bu əməliyyatlar sərhəd bölgələrindən daha çox işğal olunmuş ərazilərimizdən keçən cəbhə xəttində keçirilsin və ermənilər birdəfəlik torpaqlarımızdan çıxarılsın”.

Akqabay Mıradov

Mənbə: publika.az