Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

Nikol Pashinyanın həyat yoldaşı, Anna Akopyan öz rəsmi insatagram hesabında ingilis, rus və erməni dilində Azərbaycan qadınları və analarına öz Instagram səhifəsi vasitəsilə müraciət edərək hərbi əməliyyatları dayandırmağa çalışıb.

"Dünəndən bəri Erməni-Azərbaycan sərhədində vəziyyət gərginləşb. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. "Qadınlar sülh uğrunda" təşkilatının müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi -siyasi hakimiyyətinə müraciət edərək hərbi hərəkətləri dayandırmağa, Erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa çağırmalarına çağırıram" , deyə Akopyan bildiri
"Azərbaycan qadınlarını və analarını ölkənin hərbi-siyasi rəhbərliyini hərbi əməliyyatları dayandırmağa çağırmağa çağırıram ", - deyə Akopyan bildirib. O, qeyd edib ki, xüsusilə bütün dünyanı diz üstünə qoymuş pandemiya günlərində, bütün dövlətlərin rəhbərləri öz gücünü xalqlarınınsağlamlığının müdafiəsinə yönəltməlidir. "BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır", - deyə Ermənistanın birinci xanımı əlavə edib. Amma bu zaman xanım Akopyan atəşkəsin birinci erməni silahlı qüvvələri tərəfindən pozulduğunu qeyd etməyi təəssüf ki, unudub. BMT rəhbərinin çağırışlarını bayraq eləməyə çağıran birinci ledi, BMT-nin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi hesab edilməsi barədə qətnamələrini də xatırlatmağı məqsədəuyğun saymayıb.


www.anews.az

Mənbə: anews.az