“Azərbaycan Ordusu adekvat cavabla düşməni yerində oturtdu”

“Azərbaycan Ordusu adekvat cavabla düşməni yerində oturtdu”

Ermənistanın sərhəd zonasında təxribat törətməsi bu ölkənin daxili problemlərinin daha dərinləşməsi ilə bağlıdır.

Yenisabah.az xəbər verir ki, baş verənləri şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycanın Dağlıq Qarabağ problemi ilə müəyyən diplomatik uğurların qazanması, İrəvanın isə əksinə getdikcə beynəlxalq dayaqlarını da itirməsi, eyni zamanda ölkə daxilində iqtsadi-siyasi böhranın getdikcə sosial-siyasi təlatümlərə səbəb olacaq həddə çatması Baş nazir Paşinyanı bu cür təxribatlara getməyə vadar edir.

“Avropa Birliyi, Avropa Şurası və NATO-nun verdikləri bəyanatlarda Dağlıq Qarabağ probleminin Azərbaycanı ərazi bütövlüyü çərçivəsində həlli ön plana çəkilir. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, daha sonra Qoşulmayanlar Hərəkatının videokonfrans formatında zivə görüşü keçirilib. Həmin görüşdə də Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xüsusi vurğulanıb. Bütün bunlar kifayət qədər ciddi uğurdur.

Azərbaycanın beynəlxaql aləmdə mövqeləri gücləndikcə, Ermənistan hakimiyyətinin narahatlığı artır. Bu narahatlıq həm də ölkədəki siyasi-iqtisadi vəziyyətin acınacaqlı olması ilə bağlıdır. Bu baxımdan, Paşinyan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün cəbhədə münaqişəni alovlandırmaq mövqeyi tutub”, - deyə politoloq vurğulayıb.

Qabil Hüseynli hesab edir ki, Ermənistanın növbəti təxribatı da baş tutmaş sayıla bilər. “Paşinyan hakimiyyəti cəbhədə uğur qazanmaqla itmiş nüfuzunu bərpa etməyə çalışsa da, bu baş vermədi. Əksinə Azərbaycan Ordusu adekvat cavabla düşməni yerində oturtdu”, - deyə politoloq vurğulayıb.

Mənbə: yenisabah.az