Roma Papasında Aya Sofya ilə bağlı AÇIQLAMA

Roma Papasında Aya Sofya ilə bağlı AÇIQLAMA

Katoliklərin dini lideri Papa Fransis, hər bazar günü Müqəddəs Pyotr meydanında duasından sonra etdiyi çıxışında Aya Sofyanı bir cümlə ilə qeyd etməyi üstün tutub.

Sonxeber.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Roma Papası Fransis Beynəlxalq Dəniz Günü haqqında danışarkən, "Dəniz məni düşüncələrimlə bir az daha İstanbula aparır. Aya Sofyanı düşünürəm, çox üzr istəyirəm" deyib.

Papa Aya Sofyadan danışarkən Türkiyə hakimiyyətinin qərarı ilə bağlı hər hansı bir ittiham irəli sürməyib.

Vatikanın rəsmi nəşrinin "L'Osservatore Romano" nun nəşrində Aya Sofyanın muzeydən məscidə çevrilməsini "Muzeydən Məscidə" başlığı ilə çap edilib.

Qeyd edək ki, 10 iyul Cümə günü Aya Sofyanın məsciddən muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabineti 24 Noyabr 1934-cü il tarixli qərarını ləğv edərək Aya Sofya Məscidini Prezidentin qərarı ilə Dini İşlər üzrə quruma verib.

F.Ağayeva

Mənbə: sonxeber.az