Erməni təxribatları hər zaman Azərbaycan cəmiyyətini dövlətçilik ətrafında daha fəallaşdırır - 2016-cı ildən sonra Tovuz 2020...

Erməni təxribatları hər zaman Azərbaycan cəmiyyətini dövlətçilik ətrafında daha fəallaşdırır - 2016-cı ildən sonra Tovuz 2020...

Dəyanət Osmanlı: “Onların təxribatları, eyni zamanda, xalqımızın dövlətlə birliyinin daha da güclənməsindən təşvişə düşmələrinin nəticəsidir”

Ermənilər ölkəmizə qarşı növbəti təxribatı Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində törətdilər. Ordumuzun əks hücumu nəticəsində böyük itki ilə geri çəkilən Ermənistan silahlı qüvvələri eyni məğlubiyyəti 2016-cı ilin tarixi Aprel döyüşlərində də yaşamışdı.

2016-cı ilin Aprel döyüşlərindən sonra ermənilərin Tovuzda törətdiyi təxribat birmənalı olaraq Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə baş verənlər xalqımızın dövlətçiliyimiz ətrafında daha da sıx birləşməsi, həmrəylik nümayiş etdirməsi ilə müşaiyət olundu.

Sözün həqiqi mənasında ölkəmizdə böyük canlanma baş verdi və çoxlu sayda könüllü insan ermənilərin təxribatına cavab olaraq döyüşə qatılmaq istədilər. Məlum olduğu kimi Tovuz şəhərində ermənilərin törətdiyi təxribatın, silahlı hücumun qarşısını alarkən qəhrəmanlıqla şəhid olan Vətən övladlarının nəşini böyük coşğu, hörmət və ehtiramla qarşıladılar, onları son mənzilə yola saldılar. Əlbəttə, bu və digər amillər Azərbaycan vətəndaşlarının, xalqımızın öz şəhidlərinə göstərdiyi böyük ehtiramın, eləcə də dövlətçilik ətrafında həmrəy olduqlarının təzahürüdür. 2016-cı ildə Aprel döyüşlərində torpaqlarımızın düşməndən müdafiəsi uğurunda şəhid olan əsgər və zabitlərimizin nəşini qarşılamaq üçün əllərində üç rəngli bayrağımız küçələrə, meydanlara axışan xalqımız bu dəfə də Tovuz şəhidlərinin nəşini qarşılamaq üçün bu şəhərin küçələrə axışdılar.

“Azərbaycan xalqı dövlətlə həmrəy olduqca cəbhə bölgəsində erməni təxribatı yeni-yeni üsullarla təzahür edir”

“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı bizimlə söhbətində qeyd etdi ki, düşmənin törətdiyi istənilən təxribat xalqımızın dövlətimizlə əbədi həmrəyliyini, birliyini sarsıda bilmədi, əksinə bu birliyin, bu həmrəyliyin daha da möhkəmlənməsinə səbəb oldu. “Əsrlərdir ki, ermənilərin bizə qarşı təxribatları, təcavüzü, vəhşəti davam edir. Onlar özlüyündə yəqin ediblər ki, türklər unutqandır, törpaq təəssübündə loyal deyillər. Çünki həmişə bizdən rəhm, güzəşt görüblər. Ona görə, nə qədər qarşısı alınsa da, təxribatları səngimək bilmir. Biz elə bir məkrli millətlə qonşuyuq ki, gərək hər zaman tikan üstə yatmış kimi sayıq olaq.

Azərbaycan xalqı dövlətimiz, dövlətçiliyimiz ətrafında sıx birləşib, bütün məsələlərdə olduğu kimi erməni təxribatına qarşı da dövlət və xalq birliyi mövcuddur. Azərbaycan xalqı dövlətlə həmrəy olduqca cəbhə bölgəsində erməni təxribatı yeni-yeni üsullarla təzahür edir. Aprel döyüşləri onları sarsıtsa da, yenə də torpaq zəbt etmək istəklərindən əl çəkmirlər. Bundan əlavə, erməni bacarığının bir nümunəsidir ki, daim pis əməllərini, məğlubiyyətlərini beynəlxalq səviyyədə gizlətməklə yanaşı, günahları ustalıqla başqasının adına yazmağa cəhd edirlər. 12 iyul döyüşləri də yeni erməni planıdır. Onlar təcavüzün coğrafiyasını genişləndirməklə və ya dəyişməklə, Qarabağ məsələsini arxa plana keçirmək niyyəti güdürlər. Mənim fikrimcə, onların təxribatları, eyni zamanda, xalqımızın dövlətlə birliyinin daha da güclənməsindən təşvişə düşmələrinin nəticəsidir. Yəni ermənilərin o qədərmi ağlı yoxdur ki, zəbt etdikləri torpaqların onlara qalmayacağını düşünsünlər. Hələ bundan əlavə, qloballaşmanın xüsusiyyətlərindən biri də odur ki, millətlər öz kökünə qayıdır, keçmişinə isrsinə sahib çıxmağa başlayır. Belədə, türklər də yaxın gələcəkdə öz tarixi torpaqlarını ermənilərdən təmizləyəcək və rahat şəkildə yaşayıb inkişaf edəcəklər”-deyə D.Osmanlı vurğuladı.

Ekspertin yanaşmasına görə, ermənilərin növbəti təxribatına səbəb torpaqlarımıza qarşı təcavüz etməklə yanaşı həm də onların Azərbaycanda xalq və dövlət arasında əbədi həmrəyliyə nail olunması faktını həzm edə bilməməsi ilə bağlıdır.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com