Çavuşoğlu: "Ermənistan ağlını başına yığsın"

Çavuşoğlu: "Ermənistan ağlını başına yığsın"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsi zamanı Tovuzda baş verən erməni təxribatlarından danışıb.

Publika.az xəbər verir ki, XİN başçısı Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan edib.

"Ermənistan xaincəsinə hücu nəticəsində 4 azərbaycanlı qardaşımız şəhid oldu. Buradan görürük ki, Ermənistan xüsusilə yeni münaqişə zonaları yaratmaq istəyir. Bu günə qədər onlar siyasi həll yoluna yanaşmayıb. Ermənistanın törətdiyi qəbuledilməzdir. Ağlını başına yığsın. Azərbaycan yalnız deyil. Bu gün cənab İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağırıb. Bu dəyərləndirmələrdən sonra Xarici İşlər nazirinə zəng edəcəm və müzakirələr aparacağıq”.

Mənbə: publika.az