Tiflisdən Bakıya Qarabağ zəngi...

Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Söhbət zamanı D.Zalkaliani Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən və itkilərdən dərin narahatlığını ifadə edib.

Nazir qeyd edib ki, tərəflər arasında gərginlik azaldılmalı, hərbi əməliyyatlar dayandırılmalı və barışığa nail olunmalıdır.

XİN başçısı beynəlxalq səylərlə qısa vaxt ərzində gərginliyin aradan qaldırılacağına ümidvar olduğunu deyib. O, bunun bölgədə sülh və sabitliyin təmin olunması üçün önəmini vurğulayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Argentinada infeksiyaya yoluxanların sayı 100 mini ötdü

SONRAKI XƏBƏR

"Ermənistan qorxaq və zəif ölkədir, Azərbaycan işğal faktına son qoyacaq" - AÇIQLAMA