Polşada prezident seçkilərinin nəticəsi açıqlandı - FOTO

Polşa Seçki Şurası, dünən keçirilən prezident seçkilərinin ikinci turunda Andjey Dudanın 51,21 faiz səs topladığını bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki Seçki Şurasının sədri Sylvester Marciniak səslərin 99,97 faizinin tamamlandığını və Dudanın rəsmi nəticələrə görə prezident seçkilərini qazandığını söyləyib.

Həmçinin də, Seçki Şurasının sədri açıqlamasında, siyahıyaalmanım davam etdiyini və nəticənin dəyişməyəcəyini bildirib. Təxminən 30 milyon seçicinin olduğu ölkədə seçkilərdə iştirakın rekord həddə - 68,12 faiz olduğu bildirilib. Rəsmi nəticələrə görə, ikinci dəfə prezident seçilən Duda bu vəzifəni daha 5 il davam etdirəcəkdir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı politoloq: “Azərbaycan-Ermənistan təmas xəttində yaranmış gərginlik 2016-cı il hadisələrini xatırladır və onların birbaşa davamıdır”

SONRAKI XƏBƏR

"Erməni təxribatı ilə bağlı iki əsas istiqamət..." - Elman Məmmədov