Erməni siyasi xadim: “Əsaslandırılmamış qüvvə tətbiq edən heç bir rejim uzun sürmür, Paşinyan rejimi istisna deyil”

Erməni siyasi xadim: “Əsaslandırılmamış qüvvə tətbiq edən heç bir rejim uzun sürmür, Paşinyan rejimi istisna deyil”

“Bu gün Paşinyan Malyanı, Danielyanı və digərlərini asfalta uzadırdı, çünki onlar “siz epidemiyaya qarşı növbəti “müharibə”nizdə məğlub olmusunuz” demək üçün küçəyə çıxmışdılar”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi-ictimai xadim Mihran Hakobyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, bu gün qanunsuz həbs olunanlar LGBT-ni təbliğ etsəydilər, Paşinyan problem görməzdi
“102-ci rus bazasını Ermənistandan çıxarmaq üçün nümayiş etsəydilər, Paşinyan problem görməzdi. Əsaslandırılmamış qüvvə tətbiq edən heç bir rejim uzun sürmür, Paşinyan rejimi istisna deyil”, - deyə Hakobyan yazıb.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az