İrəvanın Ankaraya gülünc etirazı: Tərəf tutursan...

İrəvanın Ankaraya gülünc etirazı: Tərəf tutursan...

Türkiyənin açıq şəkildə erməni təxribatı ilə bağlı Azərbaycanı dəstəkləməsi Ermənistan hökumətini narahat edib.

Axar.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi hətta Türkiyəni tənqid etməyə də cəsarət edib.

Belə ki, Ermənistan XİN-i Türkiyənin Minsk Qrupunun üzvü kimi deyil, tərəf tutan qismində çıxış etdiyini və Dağlıq Qarabağ böhranına müdaxilə etdiyini vurğulayıb.

Zəruri olaraq qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində, dövlət sərhədindəki təxribatı ifşa olduğu üçün hətta KTMT-dəki müttəfiqləri belə İrəvanı açıq şəkildə dəstəkləməkdən imtina etdi. Buna görə KTMT-nin Daimi Şurasının təcili iclası belə ləğv edildi.

 

Mənbə: axar.az