Türkiyə XİN: "Azərbaycan naminə canımızı verməyə hazırıq!"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında Azərbaycan və Türkiyə himnlərinin səsləndirildiyi video paylaşıb.

"Biz Azərbaycan naminə canımızı verməyə hazırıq!", - Çavuşoğlu yazıb.

Xatırladaq ki, bundan əvvəl Mövlud Çavuşoğlu Azərbaycanı dəstəkləyən bəyanat verib və Ermənistanı ağıllı olmağa çağırıb.

"Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdəki vəziyyətin həllində qərarı nə olursa olsun, Türkiyə bunu dəstəkləyir", - o deyib.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Erməni siyasi xadim: "Andranik Köçəryanda sinir sisteminin pozğunluğu yaranıb"

SONRAKI XƏBƏR

Arzu Nağıyev: Hazırda Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, sakinlər arasında bir qorxu, panika yoxdur