Almaniyanın səhiyyə naziri Mayorkadakı turistlərindən narahatdır

Almaniyanın səhiyyə naziri Mayorkadakı turistlərindən narahatdır

Almaniyanın səhiyyə naziri bazar ertəsi Aralıq dənizi adasında dincələn almaniyalı turistlərin koronavirusla bağlı xəbərdarlıqlara məhəl qoymayaraq, maska taxmadıqlarını və sosial məsafə saxlamadıqlarına görə narahatlığını dilə gətirib.

Yerli media almanların ən çox sevdiyi tətil məkanı olan İspaniyanın Mayorka adasındakı alman turistlərin davranışını "xaos" adlandırıb.

Berlində keçirilən mətbuat konfransında Cens Span jurnalistlərə açıqlamasında aylar boyu təcrid vəziyyətində olan insanların səbirsizliyini başa düşdüyünü, lakin o, çox sayda insanın bir arada olmasının COVID-19-a yoluxma riskini artırdığını bildirib.

O, həmin turistlərin uçuşlar zamanı digər sərnişinlər, eləcə də evlərinə qayıdandan sonra yaxınlarını da risk qarşısında qoya biləcəyini deyib.

Span bu ilin əvvəlində Avstriyanın virusun geniş yayıldığı Işql şəhərində olan vəziyyəti ölkəsində görmək istəmədiyini deyib.

Span eləcə də almanları bu il pandemiya səbəbiylə ləğv edilən bütün tədbirlər kimi Oktoberfest-i də ( folklor festivalı) qeyd etməməyə çağırıb. O, bu ilin sonunda Almaniyada COVID-19-un ikinci dalğasının gözlənmədiyini deyib və almanların ehtiyatlı davranaraq bunun qarşısını ala biləcəyini qeyd edib.

Mənbə: www.amerikaninsesi.org