Qazaxıstan XİN Ermənistan-Azərbaycan sərhədində baş verənlərə görə narahatlığını bildirib

“Qazaxıstan Respublikası Ermənistan-Azərbaycan sərhədində insan itkisi ilə nəticələnən silahlı insidentdən dərin narahatdır”.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qazaxıstan XİN tərəfləri təmkinli davranmağa çağırıb:

“Biz dost Azərbaycan Respublikasını və Ermənistan Respublikasını təmkinli olmağa və mübahisəli məsələlərin həlli üçün güc tətbiq etməkdən yayınmağa çağırırıq.

COVID-19 pandemiyası və dünyada pisləşən sosial-iqtisadi vəziyyət fonunda qarşıdurmanın daha da kəskinləşməsi gözlənilməz mənfi nəticələrə səbəb ola bilər.

İlk növbədə sülh və razılaşmanın ikitərəfli formatda mümkün qədər tez əldə olunacağına ümidvar olduğumuzu bildiririk. Münaqişənin BMT, ATƏT, MDB və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə platformaları da daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində sülh yolu ilə həlli yollarının axtarılmasına hər cür töhfə verməyə hazırıq”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İrəvanın Ankaraya gülünc etirazı: Tərəf tutursan...

SONRAKI XƏBƏR

Almaniyanın səhiyyə naziri Mayorkadakı turistlərindən narahatdır