Erməni politoloq: "Ermənistanda informasiya təhlükəsizliyinin vacib bir cəbhəsi açıq qalıb"

Erməni politoloq: "Ermənistanda informasiya təhlükəsizliyinin vacib bir cəbhəsi açıq qalıb"

"Hərbi əməliyyatların informasiya təhlükəsizliyi funksiyası ölkənin ən vacib təhlükəsizlik tədbirlərindəndir". Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, vaxtilə bu məsələ ilə prezident administrasiyası yanında informasiya-analitik dövlət qeyri-kommersiya təşkilatı məşğul olurdu.

"İndi bu dövlət qeyri-kommersiya təşkilatı feyklər yetişdirməklə, yanlış məlumat və söyüşlər yaymaqla məşğuldur.

İnformasiya təhlükəsizliyinin vacib bir cəbhəsi açıq qalıb, çünki vasitələr arasında ayrıseçkilik qoymadan müxalifləri susdurmaq hökumət üçün daha məqbuldur", - deyə erməni politoloq bildirib.

Yenokyan yazıb ki, beynəlxalq sahədə Ermənistanın tamamilə məğlub olduğunu qeyd etmək lazımdır.

"GUAM Ermənistanı günahlandırır, ATƏT-in Minsk qrupu hər iki tərəfi günahlandırır, KTMT fövqəladə iclas çağırmaq istəyir, lakin səbəbləri izah etmədən təxirə salır. Axmaqlıqlarla məşğul olduğunuzu, vaxtınızı absurd şeylərə sərf etdiyinizi nəhayət başa düşə bilərsiniz", - deyə erməni politoloq qeyd edib.

 

Mənbə: ordu.az