Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub

Prezident Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edib.

ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə "Mariya" qasırğasından sonra Puerto Rikonu satmağı təklif edirmiş.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "" qəzetinə ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra etmiş Eleyn Dyuk bildirib.

Onun sözlərinə görə, Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edirdi.

Lakin Dyuk dəqiqləşdirib ki, sonradan bu ideya bir daha heç vaxt Ağ Evdə qaldırılmayıb.

Puerto Riko ABŞ-dan asılı olan ərazidir, Birləşmiş Ştatların nəzarəti altındadır, lakin onun ayrılmaz bir hissəsi deyil. Adanın əhalisinin ikili – ABŞ və Puerto Riko – vətəndaşlığı var və onların ABŞ prezidentinin seçkilərində iştirak etmək hüququ yoxdur.

"Mariya" qasırğası Puerto Rikonu 2017-ci ilin payızında vurub. Həmin vaxt Tramp adada dağıntılara səbəb olmuş və üç min insanın həyatına son qoymuş təbii fəlakətə reaksiya verməməyə görə tənqid edilib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Cəbhədən son məlumatlar: Sakinlər danışır... - FOTO

SONRAKI XƏBƏR

COVID-19 dövlətlərin bir nömrəli düşmənidir ÜST RƏHBƏRİ DEDİ