Daxili xaosdan yayınmağın təxribatçı yolu - Paşinyan komandasını xilas edə biləcək?

Daxili xaosdan yayınmağın təxribatçı yolu - Paşinyan komandasını xilas edə biləcək?

İrəvanın Azərbaycan - Ermənistan dövlət sərhəddinin Tovuz ərazisindəki növbəti təxribatı əslində yeni məsələ deyil. Hazırda verdiyi vədlərdən heç birini yerinə yetirə bilməyən, əksinə koronavirus girdabında çabalayan Paşinyan iqtidarı öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmaq, ölkə ictimaiyyatının diqqətini Azərbaycanın timsalında düşmənə qarşı yönəltmək, bununla da parçalanmaqda olan erməni cəmiyyətini yenidən birləşdirməyə çalışır. Düşmənin dünənki təxribatını şərh edən əksər siyasi və hərbi təhlilçilər birmənalı olaraq bu qənaətdədirlər.

İşğalçı ölkə Ermənistanda siyasi - iqtisadi vəziyyət olduqca mürəkkəbdir və koronavirus pandemiyasının da bir yandan sosial problemləri daha da qabartması erməni cəmiyyətində narazılığı artırır. Artıq küçə və meydanlarda etiraz aksiyaları, sosial şəbəkələrdə isə hazırkı iqtidara qarşı sərt tənqidlər səsləndirilməkdədir. Bütün bunların fonunda isə ölkə daxilində dayaqlarını itirən Paşinyana qarşı arxasında Qarabağ klanı olan müxalifətin vahid cəbhədə uğurlu konsalidasiya prosesi müşahidə edilməkdədir. Siyasi təhlilçilər də hesab edir ki, vəziyyətin bu cür davamı Paşinyan üçün heç də yaxşı günlər vəd etmir.

Umud Mirzəyev – BAMF-ın prezidenti

Ermənsitanda paşinyan inqilabından sonra dinrağarasi hakimiyyətə gələn paşinyan höküməti qarabağnan bağlı siyasətini qura bilmədi. Paşinyanın 80 faiz ictimai rəydə yeri var idi amma surətlıə bügünlərdə nüfuzunu itirməkdədir. Paşinyan qarabağla bağlı bağlı aqqressiv yol tutub. 4-33

Ekspertlərin də dediyi kimi dəfələrlə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, CƏBHƏDƏ İTKİLƏR haqda məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində HAQLI narazılıq doğurub. Bu isə zəif orduya malik Ermənistanda əhval-ruhiyyəyə, cəmiyyətin psixoloji durumuna da də mənfi təsir göstərir, Azərbaycan kimi güclü, eləcə də vətənpərvər bir xalqla müqayisə edilməyəcək qədər aciz duruma salır. Bunu Dünən baş verən hadisələr bir daha sübuta yetirdi.

Emin Həsənli

Şanlı ordumuz qəhrəman əsgərlərimiz ermənistan ordusuna layiqli cavabi vermişdir.2014 avqust ayinda olduğu kimi 2016 ci ilin aprel hadisələrində olduğu kimi 2018 ci ilin nxçıvan əməliyyatında olduğu kimi tovuz istiqamətindədə düşmən geri noturdulmuş və azərbaycan silahli quvvələri çox çşan li bir əməliyyat keçirmişdir. Bu hərb tariximizə qizil hərflərlə yazılacaq səhifələrdən biridir. Bu birdaha göstərdiki xalqimiz ordumuzla həmrəydir. Xalqimiz ordumuzla qürür duyur.

Ekspertlərin sözlərinə görə Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və ölkə daxilində dayaqlarını möhkəmləndirməyə hesablanıb. Aydındır ki, ölkəmizin beynəlxalq nüfuzunun daha da güclənməsi, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.

Mənbə: www.atv.az