Ermənistan növbəti dəfə təcavüzkar olduğunu göstərdi - “Düşmənə yenidən öz yeri göstəriləcək”

Ermənistan növbəti dəfə təcavüzkar olduğunu göstərdi - “Düşmənə yenidən öz yeri göstəriləcək”

Sərhəddə gərgin vəziyyət davam edir və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının bu günkü iclasında çıxışı zamanı qeyd etdi ki, Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə çatması onları bu çirkin əməllərə sövq edib. Cəbhədəki vəziyyəti şərh edən millət vəkilləri bildirirlər ki, Ermənistan atdığı addımlarla növbəti dəfə təcavüzkarlıq siyasətini ortaya qoydu

Dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bəyan elədi ki, düşmənə yenidən öz yeri göstəriləcək. baş verənlərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Ermənistanın təxribata əl atmasının səbəbi,bu ölkənin bütün dayaqlarını itirməsi ilə bağlıdır

Qənirə Paşayeva - millət vəkili

Münhendə, valdayda, separatçı qurumun işğal olunmuş torpaqlarında seçki şousu keçirdilər. Heç bir ölkə tanımadı. Azərbaycanın beynəlxalq çağırışları dəstəkləndi. AZərbaycanın beynəlxalq səviyyədə gördüyü işlər. Bütün bunlar işğalçı rəhbərliyini qıcıqlandırır və onlar həm daxildə, həm xaricdə düşdükləri acınacaqlı vəziyyətdən ictimaiyyətin diqqətini yayındırmaq üçün belə təxribata əl atıb istəyirlər ki, bu təxribatı Azərbaycanın üzərinə atsınlar.

Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq. ərazi bütovlüyünü bərpa edəcək. Millət vəkili Fəzai Ağamalı deyir ki, Ermənistan atdığı addımlarla hər dəfə

Fəzail Ağamalı - millət vəkili

Bir daha cenab prezident göstərdi ki, ermənistanın bu və buna bənzər təxribatları artıq uzun müddətdir ki davam edir. Niyyət azərbaycanın mülki əhalisini hədəf almaq, Azərbaycanı beynəlxalq səviyyədə başqa bier müstəvidə təqdim etmək və danışıqların genişini pozmaq və bekləliklə də özünün təcavüzkarlıq məqsədlərindən imtina etmək xəttini götürdüyünü bu hərəkətləri ilə bir daha nümayiş etdirdi.

Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur; Ermənistan Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib.

atv.az

Mənbə: www.atv.az