Çavuşoğludan İrəvana sərt etiraz - “Ermənistan ağlını başına toplasın!”

Çavuşoğludan İrəvana sərt etiraz - “Ermənistan ağlını başına toplasın!”

“Yaxşı olardı ki, Ermənistan ağlını başına toplasın. Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmaqda davam edəcək”. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizə hücumuna münasibət bildirərkən belə deyib. İçğalçı dövlətin əməllərini kəskin şəkildə pisləyən diplomat, Ermənistanı sülh danışıqlarından yayınmaqda ittiham edib.

“Ermənistan yeni münaqişə sahələri yaratmaqla, diqqəti işğal etdiyi torpaqlardan başqa səmtə yönəltmək istəyir”. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT telekanalına müsahibəsində bildirib ki, Ermənistan bu günə qədər münaqişənin siyasi yolla həllinə səy göstərməyib. Yaxşı olardı ki, İrəvan ağlını başına toplasın.

Mövlud Çavuşoğlu - Türkiyənin xarici işlər naziri

Uluslararası toplumun samimi, ya da samimi olmayan kayretleri oldu. Biz de çok katkı sağladık, özellikle Minsk qrubuna. Faqat bu güne kadar Ermenistan hiç bir çözüme yanaşmadı. Şimdi Ermenistanın yaptığı kabuledilemez. Aklını başına toplasın. Ve Azerbeycan yalnız diyildir. Biz Türkiye Cümhuriyyeti olarak ve Türk milleti olarak tüm imkanlarımızla Azerbaycanın yanındayız. Ve Azerbeycanın toprak bütünlüyünün korunması konusunda da bundan sonra elimizden gelen tüm desteyi vericez.

Çavuşoğlu qeyd edib ki, Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı hansı həll yoluna üstünlük verəcəksə, Türkiyə onun yanında olacaq.

Mövlud Çavuşoğlu - Türkiyənin xarici işlər naziri

Bu, önemli, hassas bir cümledir, bilerek söyledim. Yani, bu güne kadar siyasi çözümü de denedik, her türlü çözüme katkı sağladık. Ama Ermenistan malesef burakın siyasi çözümü, Tovuza yaptığı saldırıyla da karkaşay isteyen, çatışma isteyen taraf olmuştur. Biz de Azerbeycanı bu anlamda yalnız burakamayız.

Türkiyəli diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının toplantısından sonra o, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bölgədəki vəziyyəti yenidən müzakirə edəcək. “Onsuz da bütün nazirliklərimiz, dostlarımız və aidiyyatı qurumlarımız Covid-19 pandemiyası dövründə hər sahədə Azərbaycanla yaxın əlaqələrimiz var. Çünki, iki devletik, ama bir milletik. Nə lazımdırsa, edirik və edəcəyik” – deyə, Çavuşoğlu qeyd edib.

atv.az

Mənbə: www.atv.az