"Bu, müharibə barədə proqnozlar vermək fonunda vacib haldır" - Tarasov

"Bu, müharibə barədə proqnozlar vermək fonunda vacib haldır" - Tarasov

“Ermənistanda və Azərbaycanda rus oyun kartının manipulyasiyası Rusiyanı yorub”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki,bunu rus politoloq Stanislav Tarasov Azərbaycan-Ermənistan sərhədində son saatlarda yaranmış gərginliyə toxunarkən deyib.

“İlham Əliyev təhdid etdi ki, Minsk qrupundan çıxacaq. Lakin danışıqlar prosesindən çıxdığını demədi, düşünürəm ki, bu, müharibə barədə proqnozlar vermək fonunda vacib haldır”, - deyə Tarasov bildirib.

Stanislav Tarasov qeyd edib ki, Rusiya 2016-cı ilin aprel müharibəsi vaxtı etdiyi kimi davranmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az