Erməni siyasi şərhçi: “KTMT növbədənkənar iclası təxirə salır, Moskva təmkinliliyə çağırış edir”

Erməni siyasi şərhçi: “KTMT növbədənkənar iclası təxirə salır, Moskva təmkinliliyə çağırış edir”

Bu gün Ermənistanın təşəbbüsü ilə KTMT-nin daimi şurasının fövqəladə iclası baş tutmalı, iclasda Tavuş vilayətində sərhəd insidentinə qiymətləndirmə verilməli idi. Lakin iclas toplanılmayıb. Erməni siyasi şərhçisi Artyom Yerkanyan bildirib ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyan məktubla KTMT ölkələrinə müraciət edib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və KTMT baş katibi Stanislav Zas arasında telefon danışığı baş tutub.

“KTMT növbədənkənar iclası təxirə salır, Moskva təmkinliliyə çağırış edir”, - deyə Yerkanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az