Türkiyədə 23 hərbçinin koronavirus testi pozitiv çıxıb

Türkiyədə 23 hərbçinin koronavirus testi pozitiv çıxıb

Türkiyənin Burdur şəhərində yerləşən 58-ci Piyada Təlim Alay Komandanlığında 23 hərbçidə yeni növ koronavirus (COVID-19) aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müayinə nəticələri pozitiv çıxan hərbçilər karantin şəraitində nəzarətə alınıb, səhhətlərində ciddi problem yoxdur.

Mənbə: apa.az