Kanadanın Baş naziri Castin Tryudo amerikalı həmkarı ilə iqtisadi-ticari məsələləri müzakirə edib

Kanadanın Baş naziri Castin Tryudo amerikalı həmkarı ilə iqtisadi-ticari məsələləri müzakirə edib

Kanadanın Baş naziri Castin Tryudo amerikalı həmkarı Donald Tramla iqtisadi-ticari məsələlər və koronavirus pandemiyası səbəbiylə iki ölkə arasında sərhədlərin bağlı qalması haqqında danışıb.

REAL xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə müsahibəsində söyləyib.

Tryudo jurnalistlərə bildirib ki, Şimali Amerika iqtisadiyyatının sürətlə bərpası Kanadada alüminium istehsalında da dirçəlişə yol açıb və bu, ABŞ-ın idxal tariflərini artırmasına mane yaradır. Baş nazirin sözlərinə görə NAFTA-nın imzalanmasından sonra iki ölkə arasında tariflərin olması gülünc məsələdir.

Onu da əlavə edək ki, hər iki ölkə bu məsələ üzərində işləməyə razılıq verib.

Tryudo, həmçinin Kanada ilə ABŞ arasında sərhədlərin bağlı qalması üzrə ikitərəfli müzakirələrin davam etdiyini qeyd edib. Baş nazir ABŞ-da COVID-19-a yeni koronavirusa yoluxanların sayında artımın müşahidə etdiyini və vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb.

 

Mənbə: www.realtv.az