ABŞ Oklahama ştatının yarısını hindulara qaytarıb - Ali məhkəmə qərar qəbul edib

ABŞ Oklahama ştatının yarısını hindulara qaytarıb - Ali məhkəmə qərar qəbul edib

Qara dərili residivistin polislər tərəfindən öldürülməsindən sonra, Amerika Birləşmiş Ştatlarını (ABŞ) bürümüş etirazlar gözlənilmədiyi halda hinduların vəziyyətinə təsir göstərib.

Yeni irqi dözümlülük prinsiplərinin təzyiqinin doğurduğu ümummilli mübarizəyə boyun əyən ABŞ Ali Məhkəməsi yerli amerikalıların (hinduların) Oklahama ştatının yarısına hüququnu tanıyıb.

«BBC»-nin xəbər verdiyinə görə, Oklahamanın şərq əraziləri Talsu şəhəri ilə birlikdə hindu qəbilələrinə «qaytarılıb» və indi köklü amerikalılara məxsusdur. Sözügedən qərara uyğun olaraq, Oklahama ştatının şərq hissəsinin hindu qəbilələrinin üzvləri vergi ödəməkdən azad edilib, həm də onlar yerli məhkəmələrin yurisdiksiyasından çıxıblar - indi onları yalnız Federal məhkəmələr mühakimə edə biləcəklər.

Bu qərarın doğuracağı nəticələr hələlik bəlli deyil, onları yalnız qiymətləndirmək gözlənilir. Xüsusilə, nəzarə almaq lazımdır ki, bu bölgədə təxminən 1,8 milyon insan yaşayır və onların da 15 faizi köklü amerikalılardır.

Hələlik qaranlıq qalır - bu proses davam edəcəkmi? Amma bunun doğurduğu presedent uzaqlara aparan nəticələrə səbəb ola bilər. Nədən ki, digər hindu qəbilələri də torpaqların qaytarılmasını tələb edə bilərlər. Məsələn, «Böyük göllər» ərazilərini.

Artıq belə perspektiv «sayıqlama» sayıla bilməz. Çünki «irqi ədalətə» görə etirazlarla həmrəyliyini artıq Amerikanın yüksək eşalondan olan siyasi xadimləri də açıq ifadə edirlər.

Bundan əvvəl özünü indiki prezident Donald Trampın ən şanslı rəqibi hesab edən ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden (Demokrat partiyası) etirazçılar qarşısında «həmrəylik hisslərindən» dolayı diz çöküb.

AzPolitika.info

Mənbə: azpolitika.info