BMT baş katibi Azərbaycan və Ermənistana müraciət edib

BMT baş katibi Azərbaycan və Ermənistana müraciət edib

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

“Baş katib hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır və iştirak edən tərəfləri vəziyyətin həlli istiqamətində addımlar atmağa, eləcə də təxribatçı ritorikadan çəkinməyə çağırır”, - məlumatda belə deyilir.

Mənbə: apa.az