Serbiyada tibbi maska taxmaq məcburi olacaq

Serbiyada tibbi maska taxmaq məcburi olacaq

Serbiyada qapalı məkanlarda, o cümlədən açıq məkanlarda tibbi maskanın taxılması məcburi olacaq.

REAL xəbər verir ki, bu barədə Serbiyanın Baş naziri Ana Brnabic Operativ Qərargahın təşkil etdiyi iclasında söyləyib.

“Açıq məkanlarda da sosial məsafənin qorunması, o cümlədən tibbi maskanın taxılması tövsiyə olunur”-deyə, Baş nazir Ana Brnabic vurğulayıb.

Qeyd edək ki, Serbiyada bir gündə 279 nəfər yeni koronavirusa yoluxub, 12 nəfər isə pandemiyanın qurbanı olub.

Serbiyada karantin qaydalarının yumşaldılmasından sonra COVİD-19-a yoluxanların sayında artım müşahidə edilir.

Mənbə: www.realtv.az