Koronavirusa yoluxan Braziliya prezidenti tezliklə işə qayıtmağı düşünür

Koronavirusa yoluxan Braziliya prezidenti tezliklə işə qayıtmağı düşünür

Bakı. Trend:

Koronavirusa yoluxan Braziliya prezidenti Jair Bolsonaru artıq evdə qala bilməyəcəyini və tezliklə normal işə qayıtmaq ümidi ilə yeni testin nəticələrini gözlədiyini bildirib.

Trend-in məlumatına görə, prezident çox güman ki, gələn həftə işə qayıdacağını qeyd edib.

Jair Bolsonaru virusdan qurtarana qədər evdə olacağını vurğulayıb.

Xatırladaq ki, iyulun 7-də Braziliya prezidentinin koronavirus testinin müsbət nəticə verdiyi bildirilib.

Mənbə: az.trend.az