Bu gecə cəbhədə nə baş verib? – Silahlar susmadı

Bu gecə cəbhədə nə baş verib? – Silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu təxribatlarını davam etdirir.

“Report”un cəbhə bölğəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, erməni silahlı qüvvələrinin bölmələri bu gecə saat 3:00-dan saat 4-ə qədər Azərbaycan Ordusunun üzbəüz mövqelərini iri çaplı silahlardan atəşə tutub.

Düşmən ordusu Tovuz rayonunun Ağdam kəndini və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə məruz qoyub. Düşmən cavab atəşi ilə susdurulub.

Mənbə: yenisabah.az