İrəvan Tovuz təxribatına necə cəsarət etdi? – Türk ekspert

İrəvan Tovuz təxribatına necə cəsarət etdi? – Türk ekspert

Rəsmi İrəvan ölkədə COVİD-19 pandemiyası və iqtisadi böhranla əlaqədar yaranmış durumu ört-basdır etmək üçün və daxili ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün belə bir təxribata əl atıb.

Bu sözləri Axar.az-a türkiyəli siyasi şərhçi Həsən Oqtay ermənilərin Tovuz təxribatını şərh edərkən deyib.

“Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsi pozması nəticəsində 4 Azərbaycan əsgərinin şəhid olması və 4 əsgərin yaralanması xəbəri yayıldı, lakin Ermənistan tərəfi itkiləri haqda heç bir rəsmi məlumat vermədi. Bu özü böyük bir sual doğurur”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistana bu cəsarəti Rusiyanın verdiyini söyləyənlər az deyil:

“Rusiya ilə Türkiyə münasibətlərində yaşanan soyuqluğun nəticəsi olaraq rəsmi Kremlin Türkiyəyə Qarabağ cəbhəsində cavab verdiyini söyləyənlər də var. Xüsusilə Aya Sofyanın muzeydən məscidə çevrilməsi Rusiya tərəfindən isti qarşılanmadı, ancaq xüsusilə kilsə mühiti və daxili ictimaiyyət bu ideyaya reaksiya verdi. Rusiyanın Ermənistan üzərində Türkiyəyə cavab verdiyini düşünsək, bu qarşıdurma çox çəkməyəcək. Bununla da Rusiyanın daxili ictimaiyyəti rahatlaşacaq və Ermənistan bir neçə ay bu qarşıdurmadan istifadə edərək ölkə daxilində rahat təbliğat aparacaq”.

Mənbə: axar.az