Norveçdəki Azərbaycan diaspor təşkilatı bu ölkənin hökumətinə bəyanat ünvanlayıb

Norveçdəki Azərbaycan diaspor təşkilatı bu ölkənin hökumətinə bəyanat ünvanlayıb

Stokholm, 14 iyul, Rauf Əliyev, AZƏRTAC

Norveçdəki Azərbaycan diaspor təşkilatı “CAN”, fəaliyyət göstərdiyi ölkənin hökumətinə və Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məktubda son günlərdə Azərbaycan və Ermənistan sərhədində baş verən toqquşmalar kəskinləşib. İnsan itkilərinin də müşahidə edildiyi qeyd olunan məktubda, toqquşmanın Ermənistan silahlı güvələrinin təxribatı olduğu vurğulanır.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faiz torpağının erməni silahlıları tərəfindən işğal altında qalması, xalqımızın etnik təmizləməyə məruz olduğunu, işğal olunan ərazilərdə yaşayan bütün azərbaycanlı əhalinin məcburi olaraq yaşadıqları torpaqlardan qovulduğu haqda məlumat verilən məktubda, habelə baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən qınanıldığını bildirilir. Baş verən münaqişə nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalı dayandırması, öz qoşunlarını işğal olunmuş ərazilərdən şərtsiz çəkilməsi və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına şərait yaratması haqqında qəbul etdiyi 4 qətnaməsi də diqqətə çatdırılıb.

Lakin, bütün bu faktlara baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qətnamələrə Ermənistan tərəfinin əhəmiyyət verilmədiyi və bunun məntiqi nəticəsində regionda sülh əldə edilmədiyidə məktubda bildirilir.

Azərbaycan Respublikasının sülh yönümlü siyasətə üstünlük verən bir dövlət olduğu vurğulanan məktubda, erməni silahlı güvələrinin əməlləri nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın halına düşdüyünə xüsusi olaraq qeyd olunur.

Norveçin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzv seçildiyinin xatırlandığı bəyanatda Xarici İşlər naziri Ine Mari Eriksen Söraydeyin sözləri xatırlanaraq deyilir: “Məhz buna görə biz istəyirik ki, Norveç hakimiyyətindən Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın qurulması üçün fəaliyyət aparılsın və nəticədə baş verən hadisələrə düzgün qiymət verilsin”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az