Kremldən Tovuz istiqamətində gedən döyüşlərə REAKSİYA

Kremldən Tovuz istiqamətində gedən döyüşlərə REAKSİYA

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı fikir bildirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Moskvanın baş verənlərdən narahat olduğunu dilə gətirib.

“Biz Azərbaycan-Ermənistan sərhəddində baş verənlərdən dərin narahatlıq hissi keçiririk. Tərəfləri təmkinli olmağa səsləyirik”.

Peskov Moskvanın məsələ ilə bağlı vasitəçilik edə biləcəyini deyib.

Mənbə: modern.az