Ukrayna: Saakaşviliyə görə hər dəfə...

Ukrayna: Saakaşviliyə görə hər dəfə...

Saakaşviliyə görə hər dəfə səfirimizi XİN-ə çağırırlar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba deyib.

“Dövləti təmsil etməyə səlahiyyəti olmayan Ukrayna vətəndaşı aktiv şəkildə Gürcüstandakı situasiyanı şərh edir. Bu vətəndaşın adı Mixail Saakaşvilidir. Onun hər bəyanatı Ukrayna səfirinin Gürcüstan Xarici İşlər Nazirliyinə çağrılmasıyla nəticələnir”, – deyə o bildirib.

Kuleba Kiyevin Tiflislə münasibətləri yüksək dəyərləndirdiyini söyləyib.

Mənbə: axar.az