Ermənistan ordusunun öldürdüyü kənd sakininin evi minaatan atəşindən sonra - VİDEO

Ermənistan ordusunun öldürdüyü kənd sakininin evi minaatan atəşindən sonra - VİDEO

 

Oxu.Az-ın Azərbaycan-Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz bölgəsinə ezam olunmuş müxbiri Ağdam kəndinin sakini Əziz Əzizovun Ermənistan silahlı qüvvələrinin açdığı minaatan atəşi nəticəsində öldürüldüyü evindən videogörüntüləri təqdim edir.

Müxbirin sözlərinə görə, hərbi əməliyyatların intensivliyi iyulun 14-ü günorta saatlarına qədər davam edib.

75 yaşlı əlil Əziz Əzizovun həyətinə düşmüş minaatan mərmisinin qəlpələri kənd sakininin evinin qapısını dəlik-deşik edib.

 

Yaşlı kişini ölüm evinin astanasında haqlayıb.

Təqdim olunan görüntülər sübut edir ki, erməni tərəfi təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, ölkənin mülki əhalisinin yaşadığı məntəqələri də atəşə tutur.

Mənbə: www.oxu.az