“Bu gün hamımız bir nəfər kimi ordumuzun, ali baş komandanımızın ətrafında birləşməliyik”

“Bu gün hamımız bir nəfər kimi ordumuzun, ali baş komandanımızın ətrafında birləşməliyik”

İyulun 12-də erməniodusunun Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində törətdiyi təxribatbütün ölkədə ciddi narahatlığa səbəb olub.

 

Moderator.az olaraq AzərbaycanGözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə baş verənlərişərh etməklə yanaşı, atılması gərəkən addımları da müzakirə etməyə çalışdıq:

 

-Səmyar bəy, artıq iki gündür ki, Azərbaycan-Ermənistansərhəddin qanlı döyüşlər gedir. Iyulun 12-də baş verən erməni təxribatı və bu təxribatındoğurduğu əməliyyatları necə dəyərləndirirsiniz?

 

-Təbii ki, erməni tərəfininbu təxribatı hər şeydən öncə rəsmi İrəvanın işğalçılıq siyasətindən əl çəkmədiyinigöstərir. Baş verənlər bir daha sübut edir ki, düşmən Qarabağ probleminin sülhyolu ilə həllində maraqlı deyil və yeni-yeni təxribatlara əl atmaqla regionda vəziyyətigərginləşdirməyə çalışır. Bizim üçün qürurvericidir ki, Azərbaycan ordusu düşməntəxribatlarını qətiyyətlə dəf etməkdə, ona ağır, sarsıdıcı zərbələr endirməkdədir.Hərbi təxribatlara əl atan düşmənin elə hərbi müstəvidə cəzalandırılması mütləqdirvə əminəm ki, ordumuz bu prosesi uğurla başa çatdıracaq.

 

-Səmyar bəy, məlum olaylarla bağlı bir sıra beynəlxalqtəşkilatlar və aparıcı dövlətlər bəyanatlar səsləndirdi. Sizcə bu bəyanatlar Azərbaycanınmaarqları baxımından nə dərəcədə qənaətbəxşdir?

 

- Tovuz rayonunda baş verəınhadisələr fonunda beynəlxalq təşkilatların, eləcə də Rusiya XİN-nin ikili mahiyətli,dişsiz bəyanatalarına şahid olduq. Bu açıqlamalarda Ermənistana qarşı hər hansıtəzyiq, qınaq, ittiham səsləndirilmədi. Odur ki, bu cür bəyanatalr təbii ki,bizi qane edə bilməz və regionda baş verən prosesləri dolğun əks etdirmir. Sərhədləritəcavüzə məruz qalan Azərbaycanı təmkinli olmağa səsləmək absurddur və Azərbaycanheç vaxt bununla barışmayacaq. Bütün beynəxalq təşkilatlar da bilməlidir ki,xalq ölkə başçısının arxasındadır və onun siaysətini sona qədər dəstəkləyir.

 

Yalnız Türkiyə vəPakistan Azərbaycanın haqlı mövqeyini qəti şəkildə müdafiə etdi, bBaş verənlərəgörə Ermənistanı ittiham etdi. Biz hər iki dövlətin Azərbaycanın haqlımövqeyini qəti şəkildə müdafiə etdiyinə şahid olduq.

 

-İndiki həssas məqamda fərd və toplum olaraq atmalıolduğumuz hansı addımlar var?

 

-Bu gün Azərbaycan cəmiyyətininhəmrəylik sərgiləməsinə, ölkə başçısı ətrafında sıx birləşməsinə daha çoxehtiyac var. Biz bir nəfər kimi ali baş komandanən ətrafında birləşməli, ölkəmizidüşdüyü indiki ağır vəziyyətdən birgə çıxamalıyıq. İndi hər şey bizim həmrəyliyimizdən,birliyimizdən, ali baş komandan ərafında nə dərəcədə sıx birləşməyimizdən asılıdır.Əgər biz düşməni məğlub etmək, ona öz yerini göstərmək istəyiriksə, dövlətimiziqətiyyətlə dəstəkləməli, ölkə başçısının hər bir çağırışına dərhal səs verməliyik.

 

-Davam edən hərbi əməliyyatlarla bağlı gözləntiləriniznədən ibarətdir?

 

-Mən bu əməliyyatların Azərbaycanordusunun şanlı qələbəsi ilə başa çatacağına, düşmənin darmadağın ediləcəyinəinanıram. Əminəm ki, Azərbaycan ordusu şəhdilərimizin qisasını alacaq, düşmənəbundan sonra da ağır, sarsıdıcı zərbələr endirməkdə davam edəcək.

 

Ölkə başçısı TəhlükəsizlikŞurasındakı çıxışında da bidlridi ki, düşmənə heç bir güzəşt edilməyəcək. Bu isəo deməkdir ki, Ermənistan üçün daha ağır, dəhşətli günlər hələ qarşıdadır.

 

Mən sonda Tovuzdakı hərbiəməliyaytlarda haqq dünyasına qovuşan şəhidlərimizə Allahdan rəhmət diləyir,bütün yarlı hərbçilərimizin ən qısa zamanda əvvəlki sağlamlıqlarına qovuşmasınıarzulayıram. Bir daha bildirirəm ki, hər birimiz ordumuzun, ali başkomandanımızın yanındayıq və onların hər bir çağırışını bundan sonra da bütün qəlbimizlə dəstəkləyəcəyik.

 

Seymur ƏLİYEV

 

 

Mənbə: moderator.az